Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

- Hörmətli xanım Prezident!

Hörmətli dostlar!

Mənə və nümayəndə heyətinə Latviyada göstərdiyiniz qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu səfər Latviya-Azərbaycan münasibətlərinin tarixində Azərbaycan Prezidentinin Latviyaya ilk səfəridir. Mən çox şadam ki, səfər çox uğurla keçir.

Siz qeyd etdiyiniz kimi, artıq bizim münasibətlərimizi müəyyən edən bir sıra ikitərəfli sənədlər imzalanmışdır. Sənədlərin bir hissəsi Sizin Azərbaycana səfər etdiyiniz vaxt, keçən ilin oktyabr ayında imzalanmışdır. Bu gün isə digər sənədlər imzalanmışdır. Beləliklə, demək olar ki, bütün sahələrdə bizim münasibətlərimizi müəyyən edən hüquqi baza mövcuddur. Biz Latviya ilə münasibətlərə çox böyük önəm veririk, çox istəyirik ki, münasibətlər daha da sürətlə inkişaf etsin. Xanım Prezident, Sizin Azərbaycana keçən il etdiyiniz tarixi səfər bu münasibətlərin yeni mərhələsini açdı. Bugünkü səfər isə bu münasibətləri daha da möhkəmləndirəcəkdir. Mən şübhə etmirəm ki, yaxın gələcəkdə bizim aramızda həm siyasi, həm iqtisadi, həm sosial, həm də bütün başqa sahələrdə münasibətlər daha da yüksək pilləyə qalxacaqdır. Biz bunu çox istəyirik, arzulayırıq. Latviya bizim üçün dost ölkədir.

Sabah Riqada Latviya-Azərbaycan biznes forumu keçiriləcəkdir. Azərbaycandan çox böyük nümayəndə heyəti - iş adamları, biznesmenlər gəlmişdir. Əminəm ki, onların əlaqələri də ikitərəfli iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayacaqdır.

Azərbaycanda siyasi, iqtisadi islahatlar uğurla həyata keçirilir. Biz əminik ki, Avropa Birliyi ilə münasibətlərimiz bundan sonra Azərbaycanda bütün sahələrdə irəliləyişə, tərəqqiyə gətirib çıxaracaqdır. Biz Avropaya inteqrasiya siyasətimizə sadiqik. Avropa Birliyi ilə Azərbaycan arasında başlanan yeni qonşuluq proqramı bizim qarşımızda yeni imkanlar, yeni üfüqlər açır. Latviyanın Azərbaycanı daim dəstəkləməsi də çox əlamətdar hadisədir. Bu dəstəyə görə mən Sizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Şübhə etmirəm ki, növbəti beş ildə Avropa Birliyi ilə Azərbaycan arasında yeni qonşuluq proqramının həyata keçirilməsi nəticəsində bizim münasibətlərimiz daha da möhkəmlənəcəkdir.

Latviyanın uğurları bizi çox sevindirir. Latviya artıq öz doğma Avropa ailəsinə qayıtmışdır. Həm NATO-nun, həm də Avropa Birliyinin üzvüdür. Bu, Latviya üçün tarixi nailiyyətdir və Latviyanın dostları kimi, bizi çox sevindirir. Mən əminəm ki, Azərbaycanın Avratlantik məkana inteqrasiyası məsələlərində Latviya indiki kimi, daim bizim yanımızda olacaq, öz dəstəyini əsirgəməyəcəkdir.

Mən bir daha demək istəyirəm ki, son müddət ərzində bizim münasibətlərimiz yeni mərhələyə qalxmışdır. Müstəqillik bərpa olunandan sonra ilk illərdə bizim aramızda o qədər də intensiv dialoq aparılmırdı. Amma keçən il xanım Prezidentin səfərindən sonra bu münasibətlər çox intensiv xarakter almışdır. Qısa müddət ərzində Azərbaycanın Latviyadakı səfirliyi işə başladı. Artıq birbaşa təyyarə reysləri açılmışdır və bütün başqa sahələrdə münasibətlər uğurla inkişaf edəcəkdir.

Bizə göstərdiyiniz səmimi münasibətə, qonaqpərvərliyə görə, Azərbaycana verdyiniz dəstəyə görə, o cümlədən beynəlxalq təşkilatlarda Latviyanın Azərbaycanı dəstəkləməsinə görə öz adımdan və nümayəndə heyəti adından bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Əmin olduğumu bildirirəm ki, bizim aramızdakı münasibətlər gələcəkdə getdikcə inkişaf edəcək və iki xalqın maraqlarına cavab verəcəkdir.

Bir daha Sizə təşəkkür edirəm.

Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.

- Mənim sualım Latviya Prezidentinədir. Məlum olduğu kimi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi və Dağlıq Qarabağda separatçı rejimin qurulması nəticəsində regionda sabitlik pozulub və Azərbaycanın Avropa strukturlarına inteqrasiyası baxımından ciddi problemlər yaranıbdır. Avropa ailəsinin bir üzvü kimi Latviyanın bu münaqişənin həlli ilə bağlı mövqeyi nədən ibarətdir?

VAYRA VİKE-FREYBERQA: Latviyanın mövqeyi aydındır və Avropa Birliyinin ümumi mövqeyinə, o cümlədən Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi bir sıra qətnamələrə uyğundur. Mən Azərbaycanı tərəfdaşlıq planı barədə Avropa Birliyi ilə razılığa gəlməsi münasibətilə sizi təbrik etmək istəyirəm. Həmin planda bir neçə çox vacib fundamental xarakterli prinsiplər öz əksini tapıbdır. Sənədin preambulasında Avropa Birliyinin hörmət etdiyi və dəstəklədiyi ərazi bütövlüyü prinsipi bir daha vurğulanır. Hesab edirəm ki, bu, Azərbaycan üçün çox vacibdir.

Eyni zamanda, həmin sənəddə Birləşmiş Millətlər Təşkilatının və ATƏT-in qəbul etdiyi qətnamələrə də istinad olunur. Latviya həmin ümumi mövqeyi tam dəstəkləyir. Biz hesab edirik ki, münaqişənin yenidən başlanması imkanlarını azaltmaq üçün digər ölkələr bu problemə davamlı diqqət yetirməlidir. Biz dövlətlərin suverenliyi tətbiq edilən öz milli ərazisinin bütövlüyünün qorunması, həmin dövlətlərdə yaşayan çoxsaylı milli azlıqlara yüksək səviyyəli muxtariyyətin təmin edilməsi üzərində düşünməliyik.

Hesab edirəm ki, bu cür yanaşma həmin məsələdə tətbiq edilə bilər. Bu cür yanaşmadan dünyanın bir sıra digər yerlərində istifadə olunmuşdur. Əminəm ki, hər iki tərəfin siyasi iradəsi əsasında və ikitərəfli dialoqun intensiv qaydada davam etdirilməsini nəzərə alaraq və eyni zamanda Avropa Birliyi kimi təşkilatın dialoqda bir vasitəçi və tərəfdaş kimi səylərindən istifadə edərək, bu məsələyə eyni prinsiplə yanaşmaq olar. Təbii ki, Avropa Birliyinin bir üzvü kimi Latviya Birliyin tutduğu mövqeyi tam və qəti şəkildə dəstəkləyir.

- Sualım hər iki prezidentədir. Siz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı səsvermə prosesini müzakirə etdinizmi? Sizin rəyiniz necədir?

VAYRA VİKE-FREYBERQA: Biz bu məsələni müzakirə etmədik, lakin mən namizədliyimi dəstəklədiyinə görə Azərbaycana və təbii ki, BMT-nin Təhlükəsizlik Şurasına, onun beş daimi üzvünə minnətdaram. Bu məsələdə xüsusi imtiyazlar var və hesab edirəm ki, səsvermə kifayət dərəcədə aydın xarakter almışdı. Bizim əlavə bir neçə günümüz var və gəlin yeni baş katibin seçilməsinin rəsmi təsdiqlənməsini gözləyək.

İLHAM ƏLİYEV: Xanım Prezident qeyd etdiyi kimi, Azərbaycan Latviya Prezidentinin namizədliyini dəstəkləyir və bu məsələni biz fikir mübadiləsi zamanı müzakirə etdik. Bu, həmçinin rəsmi sənədlərdə öz əksini tapıbdır. Prinsip etibarilə, hesab edirik ki, Birləşmiş Millətlər Təşkilatındakı islahatlar həmin təşkilatın gələcək inkişafı üçün çox vacibdir. Bu, xüsusən də, qəbul olunmuş qətnamələrin və qərarların həyata keçirilməsinə aiddir. Bəzi hallarda qəbul edilmiş qərar və qətnamələr həyata keçirilmir. Bizim misalımızda BMT Təhlükəsizlik Şurasının Azərbaycanın zəbt olunmuş ərazilərindən işğalçı qoşunların çıxarılmasını tələb edən dörd qətnaməsindən söhbət gedir. Bu tələbə baxmayaraq, on ildən artıqdır ki, həmin qətnamələr yerinə yetirilməyibdir. Ona görə də vacibdir ki, BMT-də qətnamələrin icrası ilə bağlı mexanizmlər, eləcə də qətnamələri və beynəlxalq hüququn əsas normalarını pozan dövlətlərə qarşı sanksiyaların tətbiq edilməsi alətləri mövcud olsun.

Biz xanım Prezident ilə Ermənistan–Azərbaycan danışıqlarının hazırkı durumunu müzakirə etdik və mən xanım Prezidentə aparılan müzakirələr və Azərbaycanın mövqeyi haqqında məlumat verdim. Biz Azərbaycanın mövqeyini dəstəklədiyinə və onu qəbul etdiyinə görə Latviyaya çox minnətdarıq. Dünyadakı bütün münaqişələr kiminsə arzu və ya istəklərinə yox, yalnız hamılıqla tanınmış beynəlxalq hüquq norma və prinsiplərinə əsasən öz həllini tapmalıdır. Həmin beynəlxalq hüquq normaları Ermənistandan tələb edir ki, işğal etdiyi ərazilərdən dərhal çıxsın, etnik təmizləmə siyasətinə son qoyulsun və bir milyon qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması mümkün olsun.

Ümidvaram ki, biz beynəlxalq ictimaiyyətin, o cümlədən artıq bu prosesin bir hissəsi olan və qonşuluq siyasətinə başlamış Avropa Birliyinin birgə səyləri nəticəsində Cənubi Qafqazda uzunmüddətli və sarsılmaz sülhə nail olacağıq.

- Mənim sualım hər iki prezidentədir. Latviya ilə Azərbaycan arasında bir sıra mühüm sənədlər imzalanmışdır. İqtisadi layihələrin həyata keçirilməsi üçün hansı konkret perspektivləri görürsünüz?

VAYRA VİKE-FREYBERQA: Biz iki ölkənin ümumi maraqlarına aid olan bir çox məsələləri müzakirə etdik. Təbii ki, burada ilk növbədə, Azərbaycanın Avropa Birliyi üçün enerji daşıyıcılarının alternativ təchizatçı kimi çox mühüm rolu nəzərdə tutulur. Biz neftin və qazın nəqlinin yeni, şaxələnmiş marşrutlarını yüksək dərəcədə alqışlayırıq. Azərbaycan qazının Avropaya çatdırılması məqsədi ilə onun Yunanıstan ərazisindən keçməsi bizim üçün vacibdir. Biz öz enerji mənbələrimizi şaxələndirməliyik. Hesab edirik ki, təchizatçılar və istehlakçılar arasında münasibətlərin bazar iqtisadiyyatı və azad rəqabət əsasında tarazlı şəkildə olması da vacibdir. Yalnız bir təchizatçının olması qeyri-tarazlı vəziyyət yaradır və təzyiq aləti kimi istifadə edilir. Bu, arzuolunmazdır.

Digər nailiyyətlər də var. Ölkələrimizi bir-birinə bağlayan birbaşa hava uçuşları mövcuddur.

Çox qısa müddət ərzində ticarət dövriyyəsinin iki dəfə artması faktı xüsusi qeyd olunmalıdır, bu, malik olduğumuz potensialı nümayiş etdirir. Nəhayət, Azərbaycanın nəzərdə tutduğu layihələrin genişləndirilməsi və Baltikyanı ölkələrin də eyni imkanlarının olması ölkələrimiz arasında yerüstü nəqliyyat və hava nəqliyyatı vasitəsilə əlaqələrin artmasına xidmət edəcəkdir. Riqa logistika, maliyyə və nəqliyyat mərkəzi kimi Bakıya bənzərdir, çünki sizin də paytaxt şəhəriniz öz regionunda eyni rolu oynayır. Hər iki ölkə informasiya texnologiyaları sahəsində tədqiqat işlərinə başlamışdır. Təhsil sahəsində çalışırıq ki, cəmiyyətimizin hər bir üzvünə internet çıxışı təmin edilsin. Bütün bu məqsədlər eynidir. Bu gün apardığımız müzakirələrdə və nazirlərimizin davam etdirəcəyi danışıqlarda biz həyata keçirilə biləcək və hər iki ölkə üçün qarşılıqlı surətdə faydalı olacaq xüsusi və konkret əməkdaşlıq layihələrinə diqqət yetirəcəyik.

İLHAM ƏLİYEV: Biz iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etdik və ikitərəfli iqtisadi əlaqələrin çox yaxşı gələcəyinə dair yekdil fikirdəyik. Ümid edirik ki, bu sahədə hökumətlərarası komissiyanın birgə fəaliyyəti çox faydalı olacaqdır. Komissiya iki tərəfin işgüzar dairələrinin bir-birini daha yaxşı tanımasına, ümumi təmasların qurulmasına və birgə iqtisadi fəaliyyətin aparılması üçün müxtəlif imkanların araşdırılmasına yardım edəcəkdir.

Latviya və Azərbaycan çox sürətlə inkişaf edən ölkələrdir. Ölkəmizdə ÜDM-in artımı Avropada və ümumiyyətlə, dünyada ən yüksək göstəricilərdən biridir. Bu onu göstərir ki, ölkələrimizdə iqtisadi islahatlar siyasəti çox uğurludur və eyni zamanda, birgə biznesin aparılması üçün yeni imkanlar açır. Azərbaycanda çox yaxşı sərmayə mühiti var və müxtəlif sahələrdə sərmayədar, podratçı və tərəfdaş kimi bizim ölkədə işləmək arzusunda olan Latviya şirkətlərini salamlayırıq.

Eyni zamanda, enerji inkişafı sahəsində Azərbaycan son illər ərzində böyük irəliləyiş əldə etmişdir və bu gün Avropanın enerji təhlükəsizliyi baxımından vacib ölkəyə çevrilir. Uzun illər ərzində biz Avropa və beynəlxalq ictimaiyyətin çox etibarlı tərəfdaşı olmuşuq və hazırda, istifadə edilən bütün enerji infrastrukturunu nəzərə alaraq, Azərbaycan ikitərəfli münasibətlərdə daha fəal olmağa çalışır.

Azərbaycandan Latviyaya gəlmiş iş adamlarından ibarət geniş nümayəndə heyəti və onun biznes forumda iştirakı ikitərəfli iqtisadi əlaqələrə verdiyimiz böyük diqqətin və Azərbaycanın özəl sektorunun işbirliyi qurulmasında maraqlı olmasının göstəricisidir.

Latviyada artıq Azərbaycan səfirliyinin fəaliyyətə başladığını nəzərə alaraq, hesab edirəm ki, o, potensial biznes təmasları üçün bələdçi rolunu oynaya bilər. Biz hökumətlərarası komissiyanı yaratmışıq və o, gündəlik əsaslarla iqtisadi fəaliyyəti tənzimləyəcəkdir. Bununla belə, fürsətdən yararlanmaq üçün özəl sektordan ötrü çox yaxşı imkanlar yaranacaqdır. Özəl sektor və sərmayələr, adətən, ölkələr arasında çox güclü siyasi və dost münasibətlərin olduğu təqdirdə həmin ölkələrə gedir. Bu sözləri Latviya və Azərbaycana şamil etmək olar. Bizim aramızda çox yüksək səviyyədə siyasi təmaslar, qarşılıqlı anlaşma, dəstək və dostluq münasibətləri var. Bu, geniş iqtisadi əməkdaşlıq üçün yaxşı əsasdır. Əminəm ki, gələn illər ərzində bu sahədə biz birlikdə yeni çox işlər görəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib