RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVXARİCİ ÖLKƏLƏRİN KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN RUSİYADA AKKREDİTƏ OLUNMUŞ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Prezident sarayında xarici ölkələrin kütləvi informasiya vasitələrinin Rusiyada akkreditə olunmuş nümayəndələri ilə görüşmüşdür.
Görüşdə dövlətimizin başçısı Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, o cümlədən neft və qeyri-neft sektorunun inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, regional məsələlər, ölkəmizin xarici siyasəti və digər məsələlərlə bağlı suallara ətraflı cavab vermişdir.