Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ATƏT-İN HAZIRKI SƏDRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Prezident sarayında ATƏT-in hazırkı sədri, Bolqarıstan Respublikasının xarici işlər naziri Solomon Passini və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmimiyyətlə salamlayan dövlətimizin başçısı İlham Əliyev bundan əvvəl ATƏT-in sədri ilə təkbətək görüş zamanı geniş fikir mübadiləsi aparıldığını, bir çox məsələnin müzakirə edildiyini, Azərbaycanın strateji istiqamətinin beynəlxalq strukturlara, Avropa strukturlarına inteqrasiyadan ibarət olduğunu vurğuladı. Prezident İlham Əliyev dedi ki, Azərbaycanda bu vaxta qədər aparılmış və bundan sonra da davam etdiriləcək siyasət bizim düz yolla getdiyimizi göstərir.

Azərbaycanın sürətlə inkişaf edən ölkə olduğunu xatırladan Prezident İlham Əliyev bildirdi ki, iqtisadi, sosial, siyasi islahatlar öz müsbət nəticələrini verməkdədir. Bu islahatlar davam etdiriləcək və ölkəmiz hərtərəfli inkişafa nail olacaqdır. Azərbaycanın çox güclü iqtisadi potensialı var. Aparılan iqtisadi siyasət ölkəmizi iqtisadi cəhətdən gücləndirməyə imkan verir. Bütün iqtisadi göstəricilərimiz yüksəkdir. Adambaşına düşən xarici sərmayələrin həcminə görə Azərbaycan MDB məkanında liderdir. Ümumi daxili məhsulun ildən ilə artması da göstərir ki, aparılan iqtisadi islahatlar böyük uğurlar gətirir.

Azərbaycanda siyasi islahatların aparıldığını, demokratiyanın inkişaf etdiyini, çoxpartiyalı sistemin bərqərar olduğunu vurğulayan respublikamızın rəhbəri əminliklə dedi ki, gələcəkdə bizi bu yolda da böyük uğurlar gözləyir. Biz əminik, seçdiyimiz yol imkan verəcək ki, Azərbaycanda demokratik dəyərlər bundan sonra da inkişaf etsin və ölkəmizə böyük faydalar gətirsin. Prezident İlham Əliyev bütün bunlarla yanaşı, sosial məsələlərin həllinə də böyük diqqət yetirildiyini, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının əsas məqsədinin Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsini daha da yüksəltməkdən, ən çətin vəziyyətdə yaşayan qaçqınlar və köçkünlərdən ötrü müasir, gözəl şəraitin təmin edilməsindən ibarət olduğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycan üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq dedi: Biz ümid edirik ki, ATƏT-in Minsk qrupu bu münaqişənin həlli istiqamətində öz səylərini artıracaqdır. Əfsuslar olsun ki, bu vaxta qədər bu istiqamətdə heç bir müsbət dəyişiklik yoxdur və münaqişə həll edilməmiş qalır. Artıq bütün dünya ictimaiyyəti bilir ki, bu münaqişə nəticəsində Azərbaycan torpağının 20 faizi işğal olunmuş, bir milyondan artıq qaçqın-köçkün yaranmışdır. Təəssüflər olsun ki, Ermənistan tərəfi qeyri-konstruktiv mövqe tutur, Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxmaq istəmir. Beləliklə, ümumiyyətlə, region üçün böyük təhlükə yaranır.Problemin həlli üçün ilk növbədə, beynəlxalq hüquq normalarına əməl olunmasının zəruriliyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, münaqişə yalnız bu normalar əsasında öz həllini tapa bilər. Yəni Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxarılmalı, qaçqınlar, köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz ümid edirik ki, ATƏT və onun Minsk qrupu öz səylərini göstərəcək və bu münaqişə tezliklə öz ədalətli, beynəlxalq hüquq normalarına əsaslanmış həllini tapacaqdır.Cənab Solomon Passi vaxt ayırıb onu və nümayəndə heyətini qəbul etdiyinə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürünü bildirdi. ATƏT-in hazırkı sədri Azərbaycan Prezidenti seçilməsi münasibətilə cənab İlham Əliyevi bir daha təbrik etdi, bu məsul vəzifədə ona uğurlar dilədi. O, Bakıda ilk dəfə olduğunu və şəhərin tarix-mədəniyyət abidələrinin onda böyük təəssürat yaratdığını söylədi. Qonaq Azərbaycanın Avropaya inteqrasiyası prosesini yüksək qiymətləndirdi. O, eyni zamanda, dedi ki, 15 il əvvəl heç kimin ağlına belə gəlməzdi ki, onun ölkəsinin də yerləşdiyi Balkan yarımadası Şimali Atlantika blokuna bu qədər yaxın olacaqdır. Lakin indi bu, reallıqdır və əminəm ki, inteqrasiya prosesi daha geniş vüsət alaraq bütün Qara dəniz məkanını əhatə edəcəkdir. Cənab Solomon Passi ATƏT-ə üzv ölkələrlə daha sıx inteqrasiya üçün Azərbaycana hər cür yardım edəcəklərini bildirdi.ATƏT-in sədri Dağlıq Qarabağ münaqişəsindən danışaraq dedi ki, bunun nə dərəcədə ciddi və Azərbaycan xalqı üçün ağrılı problem olduğunu bilir. O, təəssüflə vurğuladı ki, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası hələ də nəticə vermir. Qonağın fikrincə, onun rəhbərlik etdiyi təşkilat yalnız birbaşa danışıqların hər hansı bir nəticə verəcəyinə ümid edir. Solomon Passi dedi: Mən hər iki ölkənin prezidentlərinin dialoqundan çox şey gözləyirəm və bunu Yerevana səfərim zamanı da bəyan edəcəyəm. Qəbulda Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, ATƏT-in Bakı ofisinin rəhbəri Piter Burhard iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib