SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Yeni vəzifənizlə əlaqədar olaraq, zati-alinizlə yaxın əməkdaşlıq şəraitində işləyəcəyimdən böyük məmnunluq hissləri keçirirəm.
Türkiyə ilə Azərbaycan arasındakı mövcud qardaşlıq və dostluq əlaqələrinin zati-alinizin vəzifədə olacağı müddət ərzində daha da dərinləşərək, gələcək nəsillərə çatdırılacağına əminəm.
Bu münasibətlə zati-alinizi ilk fürsətdə Türkiyədə qarşılamaqdan və ikitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərini müzakirə edərək, mövcud münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmaq yollarını araşdırmaqdan məmnun olacağımı bildirmək istəyirəm.
Bu fürsətdən istifadə edərək, zati-alinizin cansağlığı və xoşbəxtliyi ilə qardaş Azərbaycan xalqının rifahı üçün ən səmimi arzularımı çatdırıram.
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Baş naziri
Ankara, 4 avqust 2003-cü il.