SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi təbrik etməkdən şərəf duyuram.
Ukraynada Sizi nüfuzlu siyasi xadim və Azərbaycanın neft sahəsinin inkişaf strategiyasının həyata keçirilməsinə sanballı töhfə vermiş rəhbər kimi tanıyırlar. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərlərindən biri olaraq, Siz ölkələrimiz və xalqlarımız arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə çox böyük kömək göstərirsiniz.
Biz əminik ki, Sizin bu yüksək vəzifəyə təyin olunmağınız qarşılıqlı surətdə faydalı əməkdaşlığın bundan sonra da inkişafına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, dost Azərbaycanın və onun xalqının rifahı naminə məsul fəaliyyətinizdə böyük uğurlar arzulayıram.
Fürsətdən istifadə edərək, münasib bildiyiniz vaxtda Sizi Ukraynaya rəsmi səfərə dəvət etmək istərdim.
Dərin hörmətlə,
Viktor Yanukoviç
Ukraynanın baş naziri
Kiyev, 4 avqust 2003-cü il.