RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti kimi yüksək vəzifəyə seçilməyiniz münasibətilə Zati-alinizi məmnuniyyətlə öz adımdan və İsrail xalqı adından təbrik edir, Zati-alinizin və xalqınızın qarşısında duran bütün çətinliklərin dəf edilməsi işində Sizə uğurlar diləyirəm.
Bizim xalqlarımız tarixən dost münasibətdə olmuşlar və mən əminəm ki, xalqlarımız arasındakı səmimi əlaqələr ölkələrimizin və insanlarımızın mənafeyi naminə genişlənməkdə davam edəcəkdir.
Mən Sizə və Azərbaycan Respublikasının xalqına uğur və firavanlıq arzulayıram.
Səmimiyyətlə Sizin,
Moşe Katsav
İsrail Dövlətinin Prezidenti.