RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri!
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Koreya Respublikasının xalqı və hökuməti adından Sizə ən səmimi arzularımı bildirmək istərdim.
Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası bundan sonra da inkişaf və tərəqqi edəcəkdir. Ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmlənməsinin davam edəcəyini əminliklə gözləyirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, böyük ölkənizə isə əbədi tərəqqi arzulayıram.
Hörmətlə,
No Mu Hyun,
Koreya Respublikasının Prezidenti
Seul, 29 oktyabr 2003-cü il.