RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Yaponiya-Azərbaycan dostluq qrupunun adından ürəkdən təbrik edirik.
İnanırıq ki, Sizin rəhbərliyiniz altında Azərbaycan daha sürətlə inkişaf edəcək və ölkələrimiz arasında əlaqələr daha da möhkəmlənəcəkdir.
Öz növbəmizdə, Yaponiya-Azərbaycan dostluq qrupu olaraq, ölkələrimiz arasında əlaqələri inkişaf etdirməyə daha çox səy göstərməyə çalışacağıq.
Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqına firavanlıq arzulayırıq.
Hörmətlə,
Akira Amari,
Yaponiya parlamentinin Yaponiya-Azərbaycan
dostluq qrupunun sədri.
Kenci Kosaka,
sədrin müavini.
Tokio, 22 oktyabr 2003-cü il.