RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV DAŞKƏNDƏ SƏFƏRƏ YOLA DÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev türkdilli dövlətlərin başçılarının növbəti görüşündə və görkəmli dövlət xadimi Əmir Teymurun yubileyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün oktyabrın 21-də Daşkəndə səfərə yola düşmüşdür.
Dövlətimizin başçısı yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə qısa müsahibə vermişdir.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyevi Binə hava limanında respublika Milli Məclisinin sədri Murtuz Ələsgərov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin birinci müavini Artur Rasizadə, Milli Məclis sədrinin və Baş nazirin müavinləri, digər rəsmi şəxslər yola salmışlar.