RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV İORDANİYA MƏLİKİ İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Prezidentini yaxın dost kimi bağrına basan Hüseyn Ben Tələl Kasablankadakı görüşün onun üçün unudulmaz olduğunu söylədi. İordaniya dövlətinin başçısı Pezident Heydər Əliyevə dahi şəxsiyyət kimi böyük rəğbət bəslədiyini bildirdi. Azərbaycan rəhbərini şəxsi dostu kimi öz xanımına təqdim etdi. Azərbaycanla İordaniya arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğuladı.
Heydər Əliyev səmimi sözlərə görə Hüseyn Ben Tələlə təşəkkür etdi və ona xüsusi rəğbəti, ehtiramı olduğunu bildirdi. Söhbət zamanı hər iki tərəfi maraqlandıran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.
Respublikamızın rəhbəri İordaniya məlikini və onun xanımını Azərbaycana səfərə dəvət etdi. İordaniya dövlətinin başçısı isə dedi ki, o, hələ keçən il Heydər Əliyevi öz ölkəsinə rəsmi səfərə dəvət etmişdi. Ona görə də o, Azərbaycan Prezidentinin yolunu İordaniyada səbirsizliklə gözləyir. Hüseyn Ben Tələl ümidvar olduğunu bildirdi ki, o, növbəti dəfə Heydər Əliyevlə məhz İordaniyada görüşəcəkdir.