RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV MİSİRƏ SƏFƏRDƏN SONRA VƏTƏNƏ QAYITMIŞDIR
Səmimilik və dostluq şəraitində keçən görüşdə Azərbaycan-Ermənistan münaqişəsinin bir çox cəhətlərinə toxunuldu. Görüşdə neft müqavilələrinin tezliklə imzalanması, Azərbaycanda siyasi-iqtisadi islahatların həyata keçirilməsi məsələləri barədə də fikir mübadiləsi aparıldı.
Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti öz iqamətgahında Misir Ərəb Respublikasının xarici işlər naziri Əmr Musanı qəbul etdi. Görüş zamanı ikitərəfli münasibətlərin perspektivləri nəzərdən keçirildi və Azərbaycanla Misir arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd olundu. Görüş səmimlik və dostluq şəraitində keçdi.
Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-ın Vayominq ştatından olan senator Alen Simpsonla görüşündə iki ölkə arasında iqtisadi əlaqələrin daha da sıxlaşdırılması barədə bir sıra qarşılıqlı təkliflər irəli sürüldü.
Sentyabrın 6-da axşam Azərbaycan Prezidenti Qahirədə mətbuat konfransı keçirdi. Heydər Əliyev jurnalistlər qarşısında çıxış etdi, onların çoxsaylı suallarına ətraflı cavab verdi.
Sentyabrın 7-də Azərbaycan dövləti başçısının Misir Ərəb Respublikasına səfəri başa çatdı. Qahirənin beynəlxalq hava limanında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi Misir Ərəb Respublikasının yüksək vəzifəli dövlət xadimləri yola saldılar.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə-Bakı