RƏSMİ XRONİKA


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV PARİSDƏ

Yanvarın 11-də Parisdə Fransanın sabiq Prezidenti Fransua Mitteranın son mənzilə yola salınması mərasimi keçirilmişdir. Mərasimdə dünyanın onlarca ölkəsinin dövlət və hökumət başçıları ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev də iştirak etmişdir.

İki saatdan çox çəkən rəsmi vidalaşma mərasimi Fransa paytaxtındakı Notr-Dam kilsəsində keçirilmişdir. Fransua Mitteran anadan olduğu Jarnak şəhərində dəfn edilmişdir.

Elə həmin gün Fransa Prezidenti Jak Şirak Parisə gəlmiş, dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul keçirmişdir. Qəbulda Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak edirdi.

Azərbaycan dövlətinin başçısı Heydər Əliyev Parisdə Türkiyə Prezidenti Süleyman Dəmirəl, ABŞ-ın vitse-prezidenti Albert Qor, Litva Prezidenti Algirdas Brazauskas, Ermənistan Prezidenti Levon Ter-Petrosyan və digər dövlət başçıları ilə görüş keçirmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin