Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKİYƏYƏ YOLA DÜŞMÜŞDÜR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin zirvə görüşündə iştirak etmək üçün aprelin 29-da Türkiyənin Trabzon şəhərinə yola düşmüşdür.

Prezident HEYDƏR ƏLİYEV yola düşməzdən əvvəl hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə vermişdir:

- Xoş gördük sizi. Tez-tez görüşürük. Mənim səfərimin də məqsədini, səbəbini yəqin ki, bilirsiniz. Artıq mətbuatda verilibdir ki, biz - Türkiyə, Gürcüstan və Azərbaycan prezidentləri bölgədə təhlükəsizlik məsələlərini müzakirə etmək üçün, indi işlərimizdə çox mühüm yer tutan Şərq-Qərb dəhlizinin, Baki-Tbilisi-Ceyhan neft ixrac kəmərinin, Bakı-Ərzurum qaz kəmərinin təhlükəsizliyini təmin etmək üçün və əsasən, beynəlxalq terrorizmlə mübarizə barəsində səylərimizi birləşdirmək üçün, bölgədə və ümumiyyətlə, ölkələrimizdə təhlükəsizliyi təmin etmək üçün bu görüşə toplaşırıq. Bu görüş Trabzondadır. Mən oraya gedirəm. Orada Türkiyənin Prezidenti, Gürcüstanın Prezidenti, bir də mən görüşüb söhbət edəcəyik.

SUAL: Cənab Prezident, orada hansısa sənədlər imzalanacaqmı?

CAVAB: Bəli, bir sənəd imzalanacaq. Onu daxili işlər nazirləri imzalayacaqlar.

SUAL: Cənab Prezident, Trabzon görüşü regionda yeni güc mərkəzi yaratmaq təşəbbüsü kimi də qiymətləndirilir. Bu barədə Sizin fikrinizi bilmək olarmı?

CAVAB: Bilirsiniz, belə şeyləri şişirtməyin. Yeni güc mərkəzi, filan... Hər xırda şeyi götürüb rəng verirlər. Bu, sadəcə regional əməkdaşlıqdır. Biz Aşqabada getdik. Orada regional məsələlər idi, güc mərkəzi deyildi ki. Burada da güc mərkəzi deyildir.

İndi dünyada gedən proseslər belədir ki, dövlətlər ikitərəfli əməkdaşlıq edirlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər və müxtəlif görüşlər keçirib regional səviyyədə əməkdaşlıq edirlər. Bunların hamısı bir məqsədə yönəldilibdir – sülh, təhlükəsizlik yaransın. İndi də ən aktual olan beynəlxalq terrorizmə, narkotiklərin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, silah qaçaqmalçılığı ilə mübarizə, insan alveri ilə mübarizə - bunlar çox mühüm məsələlərdir.

Bunlari hər ölkə aparır. Amma müəyyən regionlarda biz işlərimizi əlaqələndirəndə, bir-birimizə yardım edəndə bu işlər daha da uğurla gedir.

SUAL: Cənab Prezident, Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin təhlükəsizliyi məsələsi əsasən hansı aspektlərdə müzakirə olunacaqdır?

CAVAB: Bilirsiniz, burada elə bir müzakirə olunası şey yoxdur. Bakı-Tbilisi-Ceyhanın təhlükəsizliyini boru xəttinin keçdiyi ölkələr – Azərbaycan, Gürcüstan, Türkiyə təmin edəcək, bunların hərəsi bu vəzifəni öz üzərinə götürübdür. Burada başqa bir aspekt yoxdur. Məsələn, mən Fərman vermişəm, böyük bir komissiya yaratmışam, baş nazir bu komissiyanın sədridir. Orada bizim bütün dövlət orqanları təmsil olunublar. Onlar lazımi tədbirlər hazırlayıb həyata keçirəcəklər ki, biz həm Bakı-Tbilisi-Ceyhan boru xəttinin, həm də Bakı-Tbilisi-Ərzurum kəmərinin təhlükəsizliyini təmin edək.

SUAL: Cənab Prezident, Rusiya Prezidenti Vladimir Putin Aşqabaddan qayıtdıqdan sonra Rusiya hərbi donanmasının Xəzərdə təlimlərə başlaması barədə göstəriş verdi. Xəzəryanı dövlətləri də bu təlimlərdə iştirak etməyə dəvət etdi. Buna Azərbaycanın münasibəti necə olacaqdır?

CAVAB: Rusiyanın Prezidenti Putin Aşqabadda mənimlə görüşərkən bu qərarı haqqında demişdi, bunda elə bir qeyri-adi şey yoxdur. Xəzər dənizində Rusiyanın hərbi donanması var. O, gedib Həştərxanda donanmanın işi ilə tanış olubdur. O, mənə demişdi ki, Aşqabaddan birbaşa Həştərxana gedəcəkdir, belə bir təlim keçirmək məqsədi var. Bu barədə qərar qəbul etmək istəyir. Mənə demişdi ki, bütün Xəzəryanı ölkələri dəvət edir. Bizi də dəvət ediblər və iştirak edəcəyik.

SUAL: Cənab Prezident, növbəti sammitin Tehranda keçirilməsinə Putinin münasibətini Sizdən öyrənmək istəyirik.

CAVAB: Belə şey yoxdur, necə yəni Tehranda keçirilməsi? Tehranda keçirilməsi haqqında qərar qəbul olunmadı ki.

SUAL: Putin təklif etdi ki, Tehranda keçirilsin.

CAVAB: Onu Putin təklif etmədi, sən səhv edirsən. Onu İranın Prezidenti cənab Xatəmi təklif etdi. Putin də buna razılıq verdi və bizim də heç birimiz etiraz etmədik. Ancaq, iş bundadır ki, biz o bəyannaməni qəbul edə bilmədik. Bəyənnamə qəbul edilmədiyinə görə də sammitin harada keçiriləcəyi barədə qərar da qəbul olunmadı.

SUAL: Mübahisəli yataqlarda işlərin dayandırılması ilə bağlı məsələ qaldırılıb, sammitdə heç bir nəticə əldə edilmədiyinə görə, Türkmənistan Prezidenti belə bir təşəbbüs irəli sürübdür ki, bu məsələlər əvəlcə ikitərəfli danışıqlarla tənzimlənməlidir. Siz bunu necə qiymətləndirirsiniz?

CAVAB: Bilirsiniz, həmin görüşdə bəzi sərt ifadələr işlənilibdir. Ancaq buna o qədər də fikir verməyin. Sonra, sammitin axırında Türkmənistan Prezidenti Saparmurad Niyazov mənimlə danışığında təklif etdi ki, biz nümayəndələrimizi müəyyən edək, qoy onlar görüşsünlər, danışsınlar və ikitərəfli danışıqlar aparaq. Mən də buna razılıq verdim.

O ki qaldı, siz “mübahisəli yataqlar” ifadəsi işlədirsiniz, mən orada ona cavab vermişəm. Gərək ki, bizim mətbuat nümayəndələri orada vardı. Bir də təkrar etmək istəyirəm, orada bu məsələ qalxanda mən dedim ki, gərək biz əvvəl Xəzər dənizində sektorların sərhədlərini müəyyən edək. Sərhədlər müəyyən ediləndən sonra hansısa yataqlar ola bilər ki, onlar heç mübahisəli olmasın. Hər iki tərəf danışar ki, bu yataqlarda birgə iş aparılsın. Ola bilər, kimsə desin ki, yox, bu, mənimdir, digəri desin ki, mənimdir. Onda bu mübahisə olacaqdır. Mübahisəli yatağı müəyyən etmək üçün gərək mütləq sektorların sərhədləri müəyyən olunsun.

S U A L: Cənab Prezident, İrana səfəriniz nə vaxt reallaşacaq?

CAVAB: İnşallah, reallaşacaqdır.

SUAL: Cənab Prezident, sahibkarlarla görüşdə bildirmisiniz ki, yekun qərar müşavirədə veriləcəkdir. Amma artıq bir neçə məmur vəzifəsindən kənarlaşdırılmışdır.

CAVAB: Nə olsun ki, hələ bəlkə başqaları da uzaqlaşdırıldı.

SUAL: Cənab Preziden, Siz indiki səfərinizdə Bakı–Axalkalaki-Qars dəmir yol xətti ilə bağlı hər hansı bir söhbət aparacaqsınızmı? Çünki Gürcüstan ərazisində müəyyən problemlər var. Bir də ki, ABŞ Prezidenti Corc Buş bəyanatında Türkiyəni Ermənistanla münasibətlər yaratmağa çağırmışdır. Bununla bağlı nə deyə bilərdiniz?

CAVAB: Bilirsiniz, Axalkalaki dəmir yoluna bizim o qədər marağımız yoxdur. O, Gürcüstanın öz daxili işidir. Biz bu işlərə qarışmaq istəmirik.

O ki qaldı ABŞ Prezidenti Buşun Türkiyəyə müraciətinə, Türkiyəyə çox müraciətlər olubdur. Bu barədə Türkiyənin şərtləri var. O, bu şərtlərdən geri çəkilməyib və heç vaxt da geri çəkilməyəcəkdir. Mən buna əminəm.

SUAL:Cənab Prezident, kəmərlərə xarici təhlükə yaranarsa, eyni zamanda kəmərlər ətrafında mütəşəkkil terrorçu qruplar yaranarsa, bunlara qarşı mübarizə formalarını necə görürsünüz?

CAVAB: “Bu yaranarsa, bu yaranarsa, bu yaranarsa”, onda biz də yaradacağıq.

SUAL: Cənab Prezident, bu görüşdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hər hansı bir müzakirə gedəcəkmi?

CAVAB: Ola bilər ki, fikir mübadiləsi olsun.

SUAL: Cənab Prezident, MDB Kollektiv Təhlükəsizlik Şurasının katibi indiki üçtərəfli görüşlə bağlı bildiribdir ki, bu, təhlükədir və Şuranın növbəti iclasında bu məsələyə münasibət bildiriləcəkdir. Sizcə MDB-nin Təhlükəsizlik Şurası nədən ehtiyat edir?

CAVAB: Mən bunu eşitməmişəm. Bunu deyən kimdir?

SUAL: Internet saytlarında bununla bağlı məlumat vardır.

CAVAB: Mən eşitməmişəm. İnanmıram ki, onlar bunu böyük bir təhlükə hesab etsinlər.

SUAL: Cənab Prezident, Amerika Birləşmiş Ştatlarının hərbi mütəxəssisləri artıq Gürcüstandadırlar. Sizin Trabzondakı görüşünüzdə Bakı-Tbilisi-Ceyhan boru xəttinin təhlükəsizlik məsələlərinin müzakirəsində ABŞ-ın iştirakı ola bilərmi?

CAVAB: Burada ABŞ-ın iştirakına nə ehtiyac var? Əgər biz Bakı-Tbilisi-Ceyhan boru xəttini də qoruya bilməyəcəyiksə, onda biz nəyik ki, başqa bir ölkə gəlsin, burada bizə yardım etsin? Buna ehtiyac yoxdur.

SUAL: Siz dünya azərbaycanlılarının birinci qurultayında bildirmişdiniz ki, diasporla işləyən bir təşkilat yaradılacaqdır. Bu barədə iş gedirmi?

CAVAB: Yaradacağıq. Bu yaxınlarda yaradacağıq.

Sağ olun.

Azərbaycan Prezidenti Heydər Əliyevi Binə hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, digər rəsmi şəxslər yola saldılar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib