RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV ZAQAFQAZİYADAKI RUSİYA QOŞUNLARI QRUPUNUN KOMANDANINI QƏBUL ETMİŞDİR
Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Zaqafqaziyadakı Rusiya qoşunları qrupunun komandanı, general-polkovnik Fyodor Reutu onun xahişi ilə qəbul etmişdir. Azərbaycan dövlətinin başçısı müharibənin sülh yolu ilə aradan qaldırılması barəsində respublika rəhbərliyinin mövqeyini bir daha təsdiqləyərək bildirmişdir ki, ölkəmiz Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. O bildirmişdir ki, Azərbaycan Respublikası öz suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qorumağa qadirdir və qoruyacaqdır.
Qəbulda Azərbaycan Respublikası Baş nazirinin müavini Abbas Abbasov və müdafiə naziri Məmmədrəfi Məmmədov iştirak etmişlər.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri