AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
AzerTAg.az
Hörmətli cənab Prezident!
Sizin 2003-cü il 5 iyul tarixli Sərəncamınızla Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməyim xəbəri məni çox sevindirdi. Mən ömrümün 63 ilini Azərbaycan mədəniyyətinə, onun inkiaşfına həsr etmişəm. Azərbaycana rəhbərliyiniz dövründə hər an sənətimə Sizin böyük diqqət və qayğınızı hiss etmiş, respublikamızın ən ali orden və medallarına, ən nəhayət xalq artisti fəxri adına layiq görülmüşəm. Məlum Sərəncamınız bu diqqət və qayğının davamının əyani təzahürüdür.
Göstərmiş olduğunuz diqqət və qayğı üçün Zati-alinizə dərin təşəkkürümü, minnətdarlığımı bildirir, Sizə möhkəm cansağlığı, uzun ömür, respublikamızın rifahı naminə gərgin, lakin şərəfli işinizdə uğurlar arzulayıram.
Gəncənin çoxsaylı mədəniyyət işçiləri adından Sizi əmin edirəm ki, qarşıdan gələn prezident seçkilərində yalnız Sizin namizədliyinizi müdafiə edərək Sizə səs verəcəyik. Bir daha Sizə dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizə yar olsun.
Sədayə Mustafayeva
respublikanın xalq artisti
Xəbərin mətnində orfoqrafik səhv var