RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
İcazə verin, Azərbaycan Respublikasının Prezidenti kimi andiçmə mərasimi münasibətilə bp şirkətində çalışan bütün işçilər adından Sizə ən səmimi təbriklərimi çatdırım. Bu gün ancaq Azərbaycanın tarixi üçün deyil, həm də ölkənin gələcəyi üçün də çox əhəmiyyətli bir gündür. Çünki mən bilirəm, Azərbaycan xalqı o ümidlə yaşayır ki, Siz atanızın böyük bacarıqla başladığı dövlət quruculuğu işini davam etdirəcəksiniz.
Bir daha bu əlamətdar gündə bizim təbriklərimizi qəbul etməyinizi xahiş edirik.
Səmimiyyətlə,
Dik Oliver,
bp şirkətinin icraçı direktoru.