RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri, qardaşım İlham Əliyev!
Əs-səlamu aleykum və rəhmətullahi bərəkatuhu
Azərbaycan Respublikasının Prezidenti seçkilərindəki qələbəniz mənə gözəl bir fürsət verir ki, bu münasibətdən istifadə edərək, Zati-alilərinizə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan ən səmimi qardaşlıq təbriklərimi və Zati-alilərinizə möhkəm cansağlığı və səadət dolu arzularımı yetirim.
Qardaş Azərbaycan xalqının da arzuladığı tərəqqi yolundakı bütün səylərinizdə Ulu Tanrıdan Sizə kömək və uğur diləyirəm.
Zati-aliləri! Ən səmimi salamlarımı və ali təqdirimi qəbul edin!
Qardaşınız,
Fəhd bin Əbdüləziz Al Səud
İki Müqəddəs Məscidin Xadimi,
Səudiyyə Ərəbistanı Krallığının məliki.