RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri!
Bəhreyn Krallığının hökuməti mənə qoşularaq, Zati-alinizə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən gələn təbriklərini çatdırır.
İcazə verin, bu imkandan istifadə edib, Sizə vəzifənizi yerinə yetirməkdə, xalqınızın tərəqqi və inkişafa nail olmaq istəklərinin həyata keçirilməsi işində uğur arzu edim.
Zati-aliləri, xahiş edirəm, mənim ən yüksək ehtiram hisslərimi, Sizə şəxsi möhkəm cansağlığı, ölkənizin xalqına isə xoşbəxtlik və daha çox tərəqqi diləyi ilə ən səmimi arzularımı qəbul edəsiniz.
Hörmətlə,
şeyx Həməd bin İsa Al Xəlifə
Bəhreyn Kralı
3 noyabr 2003-cü il.