RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Mən istərdim ki, atanız Prezident Heydər Əliyevin vəfatı ilə bağlı Prezident Buşun ifadə etdiyi kədər hisslərinə öz dərin kədərimi də əlavə edim.
Hazırda ölkələrimizin bəhrələndiyi dostluq münasibətləri Sizin atanızın qətiyyəti və liderliyinin irsidir. Buraya bizim terrorizmə qarşı mübarizədə sıx əməkdaşlığımız da daxildir. Heydər Əliyev öz davamlı töhfələri ilə Azərbaycanın uzunmüddətli iqtisadi firavanlığının əsasını qoydu. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması yolunda çox çalışdı. Birləşmiş Ştatlar onun qoyduğu bu möhkəm əsaslar üzərində əlaqələri inkişaf etdirməyi davam edəcək, Azərbaycanın suverenliyini, firavanlığını və demokratik inkişafını dəstəkləyəcəkdir.
Xanımım Linni və mən bu çətin anlarda Sizə, ailənizə və Azərbaycan xalqına sülh və mətanət arzu edirik.
Səmimiyyətlə,
Dik Çeyni
Amerika Birləşmiş Ştatlarının
vitse-prezidenti
16 dekabr 2003-cü il.