RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan xalqının böyük oğlu, görkəmli siyasi və ictimai xadim Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, ölkəmizin çoxsaylı mədəniyyət və incəsənət xadimləri adından Sizə dərin hüznlə başsağlığımızı bildirirəm. Biz Heydər Əliyevin ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına töhfəsini, onun Azərbaycan Respublikasında sabitliyin möhkəmlənməsi və xalqın rifah halının yüksəldilməsi sahəsində fəaliyyətini yüksək qiymətləndiririk.
Heydər Əliyev Sovet İttifaqı hökumətində mədəniyyət və incəsənətin inkişafı məsələləri ilə məşğul olarkən onun göstərdiyi qayğını və diqqəti yaxşı xatırlayırıq. Ümidvarıq ki, atanızın həyatımızın bütün sahələrində, o cümlədən mədəniyyət sahəsində ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi üzrə fəaliyyəti bundan sonra da uğurla davam etdiriləcəkdir. Atanızın – xalqlarımız üçün çox iş görmüş istedadlı insanın xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Mixail Şvıdkoy,
Rusiya Federasiyasının mədəniyyət naziri.
Moskva, 13 dekabr 2003-cü il.