RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ QARDAŞIM İLHAM ƏLİYEVƏ
Əs-sələmu aleykum və rəhmətullahi və bərəkatuhu
Ölkənizin Müstəqillik günü münasibətilə fürsətdən istifadə edərək Zati-alilərinizə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və ən xoş qardaşlıq arzularımı çatdırmaq mənim üçün çox xoşdur.
Zati-alilərinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına daha bol firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək, iki qardaş ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin xüsusi şəkildə seçilməsini bir daha qeyd etmək istəyirəm.
Zati-aliləri! Ən səmimi salamlarımı və ali təqdirimi qəbul edin!
Qardaşınız Abdulla bin Əbdüləziz Al Səud
İki Müqəddəs Məscidin Xadimi,
Səudiyyə Ərəbistanının Kralı