Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏNAYEDƏ İŞLƏRİN TƏHLÜKƏSİZ GÖRÜLMƏSİNƏ NƏZARƏT VƏ DAĞ-MƏDƏN NƏZARƏTİ KOMİTƏSİ ƏMƏK KOLLEKTİVLƏRİNİN BƏYANATI

Tarixdən məlumdur ki, hər bir dövlətin ictimai-siyasi, sosial-iqtisadi durumu onun başçısının şəxsiyyətindən, nüfuzundan, rəhbərlik keyfiyyətlərindən asılıdır.

Bunu sübuta yetirmək üçün heç də tarixə ekskurs etmək lazım deyildir. Azərbaycan Prezidenti Heydər Əliyevin böyük şəxsiyyəti, zəngin və müdrik rəhbərlik təcrübəsi, qüdrətli diplomat məharəti, xalqına, millətinə, dövlətinə və Vətəninə sonsuz sədaqəti, fikrimizcə, ən bariz nümunədir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanın çoxəsrlik tarixində Heydər Əliyev qədər dövlətimizin inkişafı, xalqımızın arzu və amalları uğrunda ardıcıl və məqsədyönlü mübarizə aparan, milli-mənəvi dəyərlərimizə qayğı ilə yanaşan dövlət başçımız olmayıb. Biz, bugünkü yığıncağın iştirakçıları tam məsuliyyətimizlə bəyan edirik ki, Azərbaycanın bir dövlət kimi mövcudluğu, müstəqillik yolu ilə inamla irəliləməsi, dünya dövlətləri sırasında layiqli yer tutması bilavasitə möhtərəm Prezidentimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Prezident Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində özlərini “bəy” adlandıran səriştəsiz və boşboğaz liderciklərin fəlakət girdabına saldıqları, parçalanıb hətta xəritədən silinmək həddinə gətirib çıxardıqları Azərbaycan evimizi xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev xilas etmişdir.

Prezident Heydər Əliyev yeni Azərbaycan dövlətinin qurucusudur. Respublikamız bu qüdrətli qurucunun rəhbərliyi ilə bir qərinədə bir əsrlik inkişaf yolu keçmişdir. Azərbaycanda bu gün diqqəti çəkən ən möhtəşəm memarlıq inciləri, nəhəng sənaye müəssisələri, bir-birindən yaraşıqlı iri yaşayış massivləri möhtərəm Prezidentin quruculuq salnaməmizin səhifələrinə həkk olunmuş silinməz, pozulmaz yadigarlarıdır.

Prezident Heydər Əliyev gənc, müstəqil dövlətimizin sürətli inkişaf yollarını müəyyənləşdirən və bu yollarda qarşıya çıxan ən müşkül maneələri məharətlə dəf etməyi bacaran müdrik strateqdir. Cənab Prezidentimizin yorulmaz səyləri ilə Azərbaycan son on ildə həyatımızın bütün sahələrində böyük uğurlara qovuşmuş bir məmləkətə çevrilmişdir. Təməli “Əsrin müqaviləsi” ilə qoyulmuş yeni neft strategiyası Azərbaycanı bölgədə mühüm rol oynayan dövlətə çevirmişdir. Bu strategiya nəticəsində Azərbaycan xarici iş adamlarının daha çox sərmayə qoyduqları bir ölkə olmuşdur.

Bu dahi şəxsiyyətin bu cür xidmətlərini necə qiymətləndirməmək olar?! Bütün bunları öz tarixi taleyində yaşayan xalqımız qarşıdan gələn prezident seçkilərində Heydər Əliyevə deyil, bəs kimə səs verməlidir?! Bu gün xəstə təxəyyülləri ilə min cür yalan və böhtan uyduran, milli-mənəvi dəyərlərimizə arxa çevirən, əxlaqsızlığı, mənəviyyatsızlığı özlərinə peşə edən nankorlar birdəfəlik bilməlidirlər ki, xalq artıq öz seçimini edibdir, oktyabrın 15-də hamılıqla Heydər Əliyevə səs verəcəkdir.

Mənəviyyatsızlıq və çirkab girdabına çevrilmiş “Yeni Müsavat”, “Hürriyyət”, “Azadlıq”,”Müxalifət” qəzetlərinin yalan, uydurma, böhtan və iftiradan ibarət yazıları bizdə dərin hiddət və qəzəb hissi doğurmuşdur. Biz belə hərəkətlərin nəinki azərbaycançılığa, hətta insanlığa yaraşmayan əməllər olduğunu bildirməklə bəyan edirik ki, müxalifətin bu cür dağıdıcı mövqeyi müstəqilliyimizin zəiflədilməsinə yönəlmiş xəyanətkarlıqdır, xalqımıza arxadan vurulan düşmən zərbəsidir. Növbəti prezident seçkilərində də iflasa uğrayacağını hiss edən dağıdıcı müxalif qüvvələr və onların xarici himayədarları belə şayiələrlə daha xalqımızı çaşdıra, ölkəmizdə sabitliyi poza bilməyəcəklər. Müxalifətçilər başa düşmürlər ki, tarixin ağır sınaqlarından dövlətimizin müdrik başçısı Heydər Əliyevin rəhbərliyi ilə məharətlə çıxan, kimin kim olduğunu yaxşı bilən xalqımızı öz tarixi inkişaf yolundan heç bir qüvvə, heç bir siyasi şou, heç bir şayiə döndərə bilməz.

Bu bəyanatımızla şər qüvvələrə birmənalı şəkildə bir daha qəti olaraq deyirik ki, çoxminli kollektivimizin bir seçimi, bir yolu vardır. Bu seçim Heydər Əliyev, bu yol Heydər Əliyev yoludur. Hələ 1993-cü ilin oktyabr ayında müəyyən etdiyimiz bu seçim, bu yol kollektivimiz üçün dəyişməzdir, əbədidir. Biz bu seçimə, bu yola sadiq olmuşuq və bundan sonra da sadiq qalacağıq.

Bəyanat Azərbaycan Respublikası Dövlət

Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə

Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi əmək

kollektivləri nümayəndələrinin 1 avqust

2003-cü il tarixdə keçirilmiş toplantısında

qəbul edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər