İQTİSADİYYAT
AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN 2003-CÜ İL DÖVLƏT BÜDCƏSİNİN YANVAR-SENTYABR AYLARINDA İCRASINA DAİR OPERATİV MƏLUMATI
Büdcə daxilolmalarının 68,8 faizi və ya 2969,8 milyard manatı Vergilər Nazirliyi, 17,2 faizi və ya 744,7 milyard manatı Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilmiş, 14,0 faizi və ya 605,1 milyard manatı isə digər mənbələrdən daxil olmuşdur.
Vergilər Nazirliyi tərəfindən 2003-cü ilin yanvar-sentyabr aylarında mədaxil proqnozu 102,3 faiz icra olunmuş, büdcəyə nəzərdə tutulduğundan 65,5 milyard manat, 2002-ci ilin müvafiq dövrünə nisbətən isə 539,3 milyard manat və ya 22,2 faiz çox vəsait təmin edilmişdir.
Dövlət Gömrük Komitəsi tərəfindən 2003-cü ilin yanvar-sentyabr aylarında gəlir proqnozu 102,8 faiz icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 91,3 milyard manat və ya 14,0 faiz çoxdur.
Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 320,0 milyard manat vəsait köçürülmüşdür.
2003-cü ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnozlaşdırılmış səviyyədə icra olunmuşdur. İlk növbədə, əmək haqqı və ona bərabər tutulan zəruri xərclərin maliyyələşdirilməsinə üstünlük verilmiş və vəsaitlərin, əsasən, sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilməsi təmin olunmuşdur. Büdcə təşkilatlarında işləyənlərin əmək haqlarının artımı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn bütün tədbirlərin həyata keçirilməsinə nail olunmuşdur.