SİYASƏT
AZƏRBAYCAN VƏ ÇİN GƏNCLƏRİ ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli respublikamızda səfərdə olan Ümumçin Gənclər Federasiyası baş katibinin müavini Ni Tsyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları səmimi salamladıqdan sonra Hadı Rəcəbli respublikada hakimiyyət bölgüsü, parlamentin rolu və dövlətin gənclər siyasəti barədə ətraflı məlumat vermişdir. O demişdir ki, ölkəmizdə gənclərə yüksək etimad göstərilir. Hazırda parlamentdə on nəfərdən çox gənc deputat işləyir. Onlar gənclərin problemlərinin həllində xüsusi maraq göstərirlər.
Ni Tsyan dedi ki, Azərbaycana gəlməkdə məqsəd bu ölkənin gənclər siyasəti ilə yaxından tanış olmaq, gənclərimiz arasında əlaqələrin inkişafını sürətləndirmək, bəzi problemlərin aradan qaldırılmasında gənclərin qüvvəsindən səmərəli istifadəni təşkil etməkdir.
Görüşdə Azərbaycan gənclər, idman və turizm nazirinin müavini İntiqam Babayev iştirak etmişdir.