İQTİSADİYYAT
AZƏRBAYCAN VƏ GÜRCÜSTAN QADINLARI BİRGƏ LAYİHƏ HƏYATA KEÇİRİRLƏR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Azərbaycan və Gürcüstanda işəgötürənlər təşkilatları vasitəsilə qadın sahibkarlığın və özünüməşğulluğun inkişafı” adlı layihəsini həyata keçirir.
Konfederasiyadan bildirmişlər ki, layihənin məqsədi hər iki ölkədə qadın sahibkarlığın vəziyyətini araşdırmaq, müvafiq statistik məlumat toplamaq, bu sahədə mövcud problemləri və inkişaf perspektivlərini müəyyənləşdirməkdir.
Layihə çərçivəsində hər iki respublikadan qadın sahibkarlığı üzrə məsləhətçilərin hazırlanması nəzərdə tutulur. Bu məqsədlə ASK və BƏK birlikdə Bakıda məsləhətçilərin kursunu təşkil ediblər. Bir həftəlik kurs BƏT Cenevrə ofisinin və Turin Beynəlxalq Treninq Mərkəzinin məsləhətçiləri tərəfindən aparılacaqdır.