İQTİSADİYYAT
“AZƏRENERJİ” YENİ TRANSFORMATOR SİFARİŞ EDİB
Transformatordan 132 kVt gücündə Culfa (Azərbaycan) - Culfa (İran) yeni elektrik xəttinin çəkilişi və Culfa şəhərində 140 MVt gücündə yardımçı stansiyanın tikintisi layihələri çərçivəsində istifadə olunacaqdır. Bu layihə ikitərəfli iqtisadi əməkdaşlıq komissiyası iclasının yekunlarına əsasən, 2002-ci ilin oktyabrında imzalanmış hökumətlərarası sazişin tərkib hissəsidir. 700-800 metr uzunluğunda yeni elektrik xəttinin çəkilişini cari ilin oktyabrında başa çatdırmaq nəzərdə tutulmuşdur.
Yeni xəttin çəkilməsi ilə İrandan Naxçıvana ötürülən elektrik enerjisinin həcminin 30 MVt artırılmasına dair tədbirlərin birinci mərhələsi başa çatacaqdır.
Mətbuat xidmətindən onu da bildirmişlər ki, 2004-cü ildə başa çatacaq ikinci mərhələdən sonra İrandan muxtar respublikaya ötürülən elektrik enerjisinin həcmi 140 MVt olacaqdır.