İQTİSADİYYAT
“AZƏRLOTEREYA” İLƏ YEKUN VURMUŞDUR
Cəmil Sultanov xatırlatmışdır ki, “Azərlotereya” SC dövlət təşkilatı kimi Azərbaycan Prezidentinin 2001-ci il 23 noyabr tarixli Fərmanı ilə yaradılmışdır və onun təsisçisi İqtisadi İnkişaf Nazirliyidir. Səhmdar cəmiyyəti respublikamızın ərazisində müxtəlif növ lotereyaların təşkili, keçirilməsi və buraxılışı üçün məsuliyyət daşıyır. Ötən il dövlət büdcəsinə 15 milyard manatdan artıq məbləğdə vergi köçürülmüşdür. Bu müddət ərzində “Azərlotereya”nın Quba, Xaçmaz, Gəncə, Bərdə və Lənkəranda nümayəndəlikləri açılmışdır. Hazırda “Azərlotereya”nın mütəxəssisləri bu il həyata keçiriləcək yeni layihələr üzərində işləyirlər.
İdarə heyətinin sədri daha sonra jurnalistlərin suallarına cavab verərək demişdir ki, qurumun fəaliyyəti barədə informasiya alınmasını asanlaşdırmaq üçün internet səhifəsi açılmışdır və vətəndaşlar öz biletlərini burada yoxlaya bilərlər.