Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

AZƏRTAC-da tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə görüş keçirilib VİDEO

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Görüşü açan AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov bu tədbirin çox əlamətdar vaxta təsadüf etdiyini bildirib. Diqqətə çatdırıb ki, bu günlər bütün Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımız Vətən müharibəsində qazanılan Qələbənin ikinci ildönümünü qürurla bayram edir.

“Müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin siyasi kursunu, inkişaf strategiyasını uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli sərkərdəliyi ilə Azərbaycanı qalib dövlətə, xalqımızı qalib xalqa çevirdi. Qəhrəman Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində Ermənistanı diz çökdürdü, Ulu Öndərin vəsiyyəti yerinə yetirildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu Qələbə təkcə Azərbaycanın deyil, türk dünyasının zəfəridir. Təsadüfi deyil ki, dost ölkələrin liderləri və xalqları Qələbə sevincimizə şərik çıxırlar, bizimlə bir yerdədirlər. Taleyüklü bir dövrdə möhtərəm Prezidentimizə, xalqımıza və ordumuza arxa-dayaq olan hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qazanılan uğurlarda böyük xidməti və dəstəyi mühüm rol oynayıb”, - deyə Aslan Aslanov vurğulayıb.

Tədbirdə Seyidzadələr nəslinin Azərbaycan mədəniyyətinin və elminin inkişafındakı xidmətlərindən söz açan AZƏRTAC-ın İdarə Heyətinin sədri qeyd edib ki, Dilarə xanımın atası Bağır Seyidzadə tanınmış diplomat, jurnalist və ustad tərcüməçi idi. O, AZƏRTAC-da çalışdığı illərdə tərcümə işinə rəhbərlik edib, bu sahədə öz məktəbini yaradıb.

“Bağır Seyidzadə tərcümə işində həqiqətən çox səlis və çevik idi. Agentlikdəki işindən, sözün əsl mənasında, zövq alırdı. Deyərdi ki, jurnalistika çox məsuliyyətli peşədir, əsl jurnalist həm tarixçi, həm filosof, həm iqtisadçı, həm də insanpərvər olmalıdır. Vəzifə onun üçün önəmli deyildi. Hara göndərirdilər, orada vicdanla işləyirdi. Bağır Seyidzadə xatirələrdə məhz belə bir insan kimi qalıb”, - deyə Aslan Aslanov bildirib.

AMEA-nın Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov çıxışında professor Dilarə Seyidzadənin zəngin elmi fəaliyyətindən, dövrümüz üçün mühüm əhəmiyyət kəsb edən tədqiqatlarından söz açıb. Vurğulayıb ki, professor Dilarə Seyidzadənin milli tarixşünaslığımızda bir alim kimi xüsusi yeri var. Cümhuriyyətə gedən yolu ilk dəfə tədqiq edən, Cümhuriyyət quran böyük şəxsiyyətlər haqqında ilk məlumatları elmi dövriyyəyə gətirən məhz professor Dilarə Seyidzadədir. Bu mövzunu araşdırmaq məsələsi böyük tarixçi-alim Əlövsət Quliyevin təşəbbüsü ilə olub. O, əmin idi ki, bu ağır elmi işin öhdəsindən gənc və istedadlı tədqiqatçı Dilarə Seyidzadə gələ biləcək. Alimin “Azərbaycan deputatları Rusiya Dövlət Dumasında” adlı monoqrafiyasını oxuyarkən Azərbaycan xalqının milli müstəqillik yolunun nə qədər ağır olduğu göz önündə canlanır. Onun “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” əsəri milli tarixşünaslığımızda Azərbaycan Xalq Cümhuriyyətinə aparan yolu işıqlandıran ilk tədqiqat işidir. Azərbaycan, türk, rus və ingilis dillərində çap olunan bu monoqrafiya tarix elmimizə yenilik gətirib.

Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova professor Dilarə Seyidzadənin, ilk növbədə, istedadlı alim olduğunu, milli təfəkkürümüzün inkişafına mühüm töhfələr verdiyini vurğulayaraq deyib: “Dilarə xanım öz dəyərli əsərləri ilə tarixşünaslıq elmimizi zənginləşdirib. Eyni zamanda, pedaqoq kimi gənc nəslin təlim-tərbiyəsində bu gün də yaxından iştirak edir, geniş maarifçilik fəaliyyəti göstərir. Azərbaycan elminin və milli tarixinin inkişafında Dilarə xanımın özünəməxsus yeri var.

Dilarə xanım həm də uzun müddət Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərib. Heydər Əliyev kimi dahi şəxsiyyətlə işləmək heç də asan deyildi. O, çox diqqətli, ən xırda detalları nəzərə alan bir dövlət xadimi idi. Dilarə xanım Ulu Öndərin hər bir tapşırığını səhvsiz yerinə yetirirdi. Daha sonra isə Prezident İlham Əliyevin rəhbərliyi altında çalışıb. Elə bu peşəkarlığı və Azərbaycan dövlətçiliyinə sadiqliyinə görə nüfuz və ehtiram qazanıb”.

Görüşdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qərbi Kaspi Universitetinin müəllimi Adıgözəl Məmmədov Bağır Seyidzadənin diplomatik fəaliyyətindən söz açıb. Bildirib ki, Bağır Seyidzadə 1941-ci ildə görkəmli dövlət xadimi Əziz Əliyevin başçılıq etdiyi azərbaycanlılardan ibarət böyük bir qrupla İrana gedib. Əziz Əliyev İranda işləmək üçün diplomat kadr seçəndə Bağır Seyidzadəyə üstünlük verir və onu Moskvaya, Ali Diplomatiya Məktəbinə göndərir. Moskvada fars dilini mükəmməl öyrəndikdən sonra Bağır Seyidzadə Azərbaycan komsomolu MK-nın ikinci katibi vəzifəsində qalmaqla 1944-cü ildə İrana qayıdır.

Vurğulanıb ki, Mircəfər Bağırov kimi olduqca məlumatlı adam əsasən Bağır Seyidzadənin ona ünvanlanmış arayışlarını daha səhih mənbə kimi qəbul edirdi. Bu baxımdan M.Bağırovun maraqlı teleqramları qalıb. Həmin teleqramlardan birində yazılıb: “Yoldaş Mustafayev və Seyidzadənin hazırladıqları hesabat Cənubi Azərbaycan haqqında ümumi icmalın yaradılması üçün böyük əhəmiyyət daşıyır...”

Uğurlu diplomatik fəaliyyətinə görə Bağır Seyidzadə Təbrizə vitse-konsul göndərilir. O, Təbrizdəki fəaliyyəti dövründə Cənubi Azərbaycanda milli radionun, teatrın, universitetin və digər mədəniyyət ocaqlarının yaradılmasında birbaşa iştirak edib.

Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Seyidzadələr nəslinin görkəmli nümayəndəsi, rejissor Hüseyn Seyidzadənin yaradıcılığından söz açıb. Vurğulayıb ki, Azərbaycan kinosunun tarixini yaşadan, salnaməsini yaradan mədəniyyət xadimlərindən biri məhz Hüseyn Seyidzadə olub. Onun Azərbaycan kino tarixində çox mühüm xidmətləri olub. Kinoda Qarabağın təsviri, görüntüləri rejissor Hüseyn Seyidzadə və Səməd Mərdanovla bağlıdır. Onlar 1937-ci ildə “Köçərilər” adlı film çəkiblər. Qarabağda yaşayan azərbaycanlıların həyatından bəhs edən bu film qalmayıb. Hüseyn Seyidzadə Azərbaycan kino tarixində 1954-cü ildə “Doğma xalqımıza” adlı ilk film-konsert çəkib ki, burada da Qarabağın görüntüləri var. “Koroğlu” (1960) filmində isə bir sıra səhnələr Əsgəran qalasında çəkilib. Hüseyn Seyidzadə Azərbaycan kino tarixində “O olmasın, bu olsun” ilk musiqili-rəngli bədii filmini çəkib. 1957-ci ildə Fransada rəngli film istehsalına həsr edilmiş müsabiqədə bu film öz rəng koloritinə görə ilk yerlərdən birini tutub. Azərbaycan SSRİ tərkibində olduğu üçün bu faktlar üzə çıxarılmadı. Rejissorun “Dəli Kür” filmində rəqs səhnəsində Mirzə Babayevin ifasına bu gün də emosiyasız baxmaq mümkün deyil. Hüseyn Seyidzadənin çəkdiyi filmlər kinomuzun qızıl fonduna daxil edilib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Dilarə xanımın qardaşı Fuad Seyidzadə və atası Bağır Seyidzadə ilə bağlı xatirələrini bölüşüb. “Fuad uzaq gəncliyimin ən yaxın dostu idi”, - deyən Xalq yazıçısı Anar onun memar olmaqla yanaşı, gözəl rəssam olduğunu da vurğulayıb. Qeyd edib ki, Fuad Seyidzadənin onun hekayələrinə illüstrasiyalar çəkdiyi kitab bu gün də ən əziz bir yadigar kimi qalır.

Xalq yazıçısı Anar qeyd edib ki, Bağır Seyidzadə ilə bağlı xatirələr daha çox atası ilə əlaqədardır. “Bağır Seyidzadə atam Rəsul Rzadan sonra Azərbaycanın kinematoqrafiya naziri olub. Atam deyərdi ki, adətən bir işə təzə təyin olunan şəxs çox vaxt özündən əvvəl işləyənə yüz cür irad tutur, olan və olmayan nöqsanları axtarıb tapmağa çalışır. Bağır bir dəfə də olsun buna yol vermədi, əksinə, mənim dalımca danışmağa çalışan bəzi demaqoqların ağzından vurdu”.

Görüşdə professor Dilarə Seyidzadə çıxış edərək, göstərilən diqqətə və tədbirin təşkilinə görə təşəkkürünü bildirib. “Mən çox fəxr edirəm ki, atam jurnalist idi”, - deyən professor xatirələrini bölüşüb, atasının öz xalqını, jurnalistikanı, gəncləri çox sevdiyini, AZƏRTAC-dakı fəaliyyətindən böyük zövq aldığını vurğulayıb.

Professor, həmçinin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək deyib: “Həyat belə gətirdi ki, mən dahi siyasi xadim Heydər Əliyevlə işlədim. Onun dühasına xaricdə hamı valeh olurdu. Hər bir imkandan istifadə edib onun barəsində nadir söhbətlər aparıram. AZƏRTAC-ın hər bir jurnalistinə Ulu Öndərin böyük məhəbbəti var idi”.

Çıxışlar professor Dilarə Seyidzadənin ömür yolunu əks etdirən fotoslaydlarla müşayiət olunub.

Görüşün sonunda AZƏRTAC-ın kollektivi adından professor Dilarə Seyidzadəyə xatirə hədiyyəsi təqdim edilib.

Tədbir tanınmış jurnalist, diplomat və ustad tərcüməçi Bağır Seyidzadə haqqında AZƏRTAC-ın çəkdiyi “Unudulmazlar” filminin nümayişi ilə yekunlaşıb.

AZƏRTAC-da tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə görüş keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ