SİYASƏT


AZƏRTAC-ın əməkdaşı Çinin məşhur CGTN telekanalında Azərbaycan həqiqətlərindən danışıb VİDEO

Bakı, 17 may, AZƏRTAC

Çinin paytaxtı Pekində keçirilən “Asiya sivilizasiyalarının dialoqu” konfransı çərçivəsində CGTN televiziyasında beş ölkənin - Çin, Azərbaycan, Koreya Respublikası, Hindistan və Malayziyanın media nümayəndələrinin aparıcılığı ilə veriliş yayımlanıb. Verilişdə Asiya xalqlarının inkişafı, sivilizasiyalararası dialoq, region ölkələrində qadınların cəmiyyətin həyatında rolu və yeri və digər mövzularda müzakirələr aparılıb.

Aparıcılar müxtəlif ölkələrdən ekspert qismində iştirak edən yeddi qonağa Asiyanın üzləşdiyi problemlər, urbanizasiya, iqtisadi tərəqqi, süni intellekt və müasir dövrdə texnologiyanın inkişafının müsbət və mənfi cəhətləri barədə suallar ünvanlayıblar.

Azərbaycanı verilişdə AZƏRTAC-ın xarici dillərdə informasiya baş redaksiyasının baş redaktoru Vəfa Quliyeva təmsil edib.

AZƏRTAC-ın əməkdaşı Azərbaycanın sivilizasiyalararası dialoqun inkişafına töhfələri, ölkəmizdəki multikultural mühit, inkişaf prosesləri, həyatın müxtəlif sahələrində qadınların rolu, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri - ərazimizin 20 faizinin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi barədə danışıb.

Qeyd edək ki, “Asiya sivilizasiyalarının dialoqu” konfransı çərçivəsində Asiya xalqlarının mətbəxi festivalı da keçirilib. CGTN televiziyasının festivalla bağlı hazırladığı verilişin qonaqları arasında olan AZƏRTAC-ın əməkdaşı Vəfa Quliyeva Azərbaycanın milli mətbəxi haqqında ətraflı məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.