MƏDƏNİYYƏT
AZƏRTAC-ın fotomüxbiri beynəlxalq müsabiqənin gümüş medalına layiq görülüb
Bakı, 20 aprel, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Doboy şəhərində (Bosniya və Herseqovina) keçirilən “CONTRAST 2018” beynəlxalq fotomüsabiqəsində “Master of Light Photographic Association” (Mol PA) Assosiasiyasının gümüş medalına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Amerika Fotoqraflar Cəmiyyətinin (PSA) himayəsi ilə keçirilən müsabiqəyə dünyanın müxtəlif ölkəsindən 280 fotoqrafın işləri təqdim edilib.
İlqar Cəfərovun Mol PA-nın gümüş medalına layiq görülən “Yüngül atletlər startdadırlar” fotoşəkli 2012-ci ilin sentyabrında Londonda Paralimpiya Oyunlarında çəkilib.
Qeyd edək ki, Kanadanın Vankuver şəhərində yerləşən “Master of Light Photographic Association” beynəlxalq təşkilatının məqsədi üslubundan, texnikasından və ya janrından asılı olmayaraq fotoqrafiya sənətini dünyada təbliğ etməkdir.