MƏDƏNİYYƏT


AZƏRTAC-ın fotomüxbirinin növbəti uğuru

Bakı, 18 sentyabr, AZƏRTAC

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun işləri Türkiyədə keçirilən beynəlxalq “CANYTELLIS 2020” fotomüsabiqəsində “Association of Art Photographers” (IAAP) assosiasiyasının qızıl medalına, Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) iki fəxri lentinə və IAAP assosiasiyasının bir fəxri lentinə layiq görülüb.

AZƏRTAC xəbər verir ki, FIAP-ın himayəsi altında keçirilmiş fotomüsabiqəyə dünyanın 40-dan çox ölkəsindən 350 fotoqrafın 3516 işi təqdim edilmişdi.

IAAP-ın qızıl medalına layiq görülmüş “Tennisdə qarşıdurma” adlı fotoşəkil 2015-ci ildə Bakı şəhərində keçirilən beynəlxalq turnirdə çəkilib. Müəllifin 1993-cü ildə Murovdağın zirvəsində çəkdiyi “Etibarlılıq” adlı fotoşəkil, habelə keçən il Heydər Əliyev Mərkəzinin fonunda çəkilmiş “Səhər gəzintisi” adlı fotoşəkil FIAP-ın fəxri lentlərinə layiq görülüb. 2016-cı ildə Braziliyada Paralimpiya Oyunlarında çəkilmiş “Üzgüçülərin startı” adlı fotoşəkil isə IAAP-ın fəxri lenti ilə qeyd olunub.

Onu da bildirək ki, İlqar Cəfərovun bu müsabiqədə mükafatlarla qeyd olunmuş dörd işindən üçü “Əlillik” nominasiyasında, müəllifin bir işi isə “Monoxrom fotoqrafiya” nominasiyasında qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.