QAN YADDAŞI


AZPROMO-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

Əvvəlcə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, faciənin 30-cu ildönümü ilə əlaqədar keçirilən anım mərasimində qurumun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sovet imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklərdən danışıb.

Çıxış edənlər 20 Yanvar faciəsinin heç zaman unudulmayacağını, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıblar.

Sonda 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.