İDMAN


Aaron Ramsey “Yuventus” ilə dörd illik müqavilə imzalayacaq

Bakı, 29 dekabr, AZƏRTAC

İngiltərənin “Arsenal” futbol klubunun yarımmüdafiəçisi Aaron Ramsey “Yuventus” ilə dörd illik müqavilə imzalayacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Arsenal” klubu ilə Ramseyin müqaviləsinin müddəti gələn il iyunun 30-da başa çatdığından futbolçu “Yuventus”a sərbəst agent kimi transfer olunacaq. “Yuventus”da futbolçunun maaşının ildə 8 milyon avro olacağı gözlənilir.

Cari mövsümdə Ramsey “Arsenal”ın heyətində 22 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə verib.

Xatırladaq ki, futbolçu 2008-ci ildə “Kardif Siti” klubundan “Arsenal”a transfer olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.