DÜNYA


Abbas Müsəvi: İranın tankeri raket hücumuna məruz qalıb

Tehran 11 oktyabr AZƏRTAC.

İranın milli neft şirkətinə məxsus neft tankeri Qırmızı dənizdə raket hücumuna məruz qalıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi deyib. O bəyan edib ki, İranın milli neft şirkətinin texniki ekspertiza heyəti hadisə yerinə baxışdan sonra belə nəticəyə gəlib. Tanker 30 dəqiqə ara məsafəsi ilə iki raketlə vurulub. Nəticədə göyərtədə yanğın baş verib və ekipaj təxliyə edilib. Tankerdən dənizə neft axmasının qarşısı alınıb.

A.Müsəvi qeyd edib ki, İran ciddi araşdırma aparır.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.