MƏDƏNİYYƏT


Əbədiyyətə qovuşan ömür...

Bakı, 9 dekabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət evi Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədiyyətə qovuşan ömür” adlı tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, dövlət himni səsləndirildikdən sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Nazim Fətullayev çıxış edərək Ümummilli Liderin ömür yolu və siyasi fəaliyyətindən söhbət açıb.

Sonra Mədəniyyət evində fəaliyyət göstərən bədii-qiraət dərnəyinin üzvləri şeir kompozisiyaları ilə çıxış ediblər.

Sonda Ulu Öndərə həsr olunan videoslayd nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.