ELM VƏ TƏHSİL


Abituriyentlərin nəzərinə: “UNEC-i tanı” layihəsi davam edir

Bakı, 4 avqust, AZƏRTAC

Abituriyentlər üçün “UNEC-i tanı” layihəsi davam edir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində abituriyent və onun valideynlərinə universitetdəki ixtisaslar, xarici universitetlərlə ikili diplom, eləcə də UDİD, mübadilə proqramları, xüsusi təqaüd imkanları barədə məlumat verilib. Həmçinin UNEC-də onlar üçün infotur təşkil olunub.

Layihənin budəfəki iştirakçısı Sücayət İslamzadə 601 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçib. S.İslamzadə UNEC-in 100 manat xüsusi təqaüdünü qazanacaq.

Xatırladaq ki, I-V qrupa hazırlaşan abituriyentlər ixtisas seçiminə qədər həftənin II-V günləri, saat 10-dan 16-dək UNEC-in əsas tədris binasına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb layihədə iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.