İDMAN


Abşeron Olimpiya İdman Kompleksində muay-tay üzrə XII Azərbaycan çempionatına start verilib

Bakı, 15 fevral, AZƏRTAC

Fevralın 15-də Abşeron Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında muay-tay idman növü üzrə XII Azərbaycan çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Muay-tay Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışa 200-ə yaxın idmançı qatılıb.

Çempionatda Bakı, Gəncə, Bərdə, Mingəçevir, Quba və Salyandan klublar iştirak edirlər.

Azərbaycan çempionatının açılış mərasimi saat 12:00-da keçiriləcək. Yarışa fevralın 16-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.