CƏMİYYƏT


Abşeron rayonunda karantin qaydalarını pozan kafe aşkarlanıb

Bakı, 21 yanvar, AZƏRTAC

Abşeron rayonunda karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Masazır qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən “Şəki” kafesini aşkarlayıblar. Obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb, kafenin sahibi R.Nəbiyev və 9 müştəri saxlanılaraq polis idarəsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülüb və onların hər biri 200 manat məbləğində cərimə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl olunmasının vacibliyi bir daha onların diqqətinə çatdırılıb.

Kafe sahibinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.