REGİONLAR


Abşeronlu gənclərdən nəcib təşəbbüs

Xırdalan, 15 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülərin təşəbbüsü ilə təmizlik aksiyası keçirilib. Qırxa yaxın könüllünün iştirak etdiyi “Trashtag” layihəsi çərçivəsində Qobu-Hökməli yolunun ətrafında təmizlik işləri aparılıb, böyük bir ərazi tullantılardan təmizlənib.

AZƏRTAC xəbər verir ki, “Təmiz təbiət, sağlam həyat!” devizi ilə keçirilən layihənin məqsədi insanları təbiətə qarşı daha diqqətli və qayğıkeş olmağa, tullantıları düzgün idarə etməyə dəvət etməkdir. Aksiya zamanı gənclər karantin dövrünün tələblərinə uyğun olaraq qoruyucu vasitələrdən istifadə ediblər.

Qeyd edək ki, Abşeron rayonunda ətraf mühiti qorumaq, eləcə də insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyəti ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq məqsədilə bu cür aksiyalar mütəmadi olaraq keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.