MƏDƏNİYYƏT


Əbülfəs Qarayev: “Bakı Prosesi” müxtəlif formalarda davam edir

Bakı, 24 yanvar, AZƏRTAC

“Bakı Prosesi” müxtəlif formalarda davam edir. Bu il Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi nəzərdə tutulub. “Moskva-Bakı: Mədəniyyətlərin dialoqu” konfransı foruma bir növ hazırlıqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, “Moskva-Bakı: Mədəniyyətlərin dialoqu” konfransı əlaqələrin daha da genişlənməsinə və Humanitar Forum çərçivəsində müzakirə olunacaq məsələlərin sanki bünövrəsini qoymağa kömək edəcək. Konfransda nüfuzlu qonaqlar iştirak edir. Çox zəngin mədəni proqram hazırlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə ölkəmizə kitabxanaçılardan ibarət böyük nümayəndə heyəti təşrif buyurub və kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunur. Bu cür tədbirlər ölkələr arasında mədəni dialoqun göstəricisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.