CƏMİYYƏT
“AccessBank” valideynləri uşaqların virtual asılılıqdan qorunması mövzusunda seminara dəvət edir
Bakı, 30 sentyabr, AZƏRTAC
“AccessBank” valideynləri uşaqların virtual asılılıqdan qorunması mövzusunda seminara dəvət edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, seminarı Almaniyadan dəvət olunan ekspert keçirəcək.
“AccessBank”ın Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində sponsorluq etdiyi bu tədbir Community.az “məktəb icmaları” layihəsinə dəstək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə təşkil edilir.
Seminar oktyabrın 3-də saat 15:00-17:00-da Ramada Hotel and Suites (T.Əliyev küçəsi) otelində baş tutacaq və Almaniyanın Psixoloqlar Assosiasiyasının üzvü - ekspert Qalina Hayzelmann tərəfindən keçiriləcək.
Seminarda iştirak etmək istəyənlər, [email protected] elektron ünvanı və ya +99412 3100322/ +99451 6993996 telefon nömrələri ilə əlaqə saxlayıb əvvəlcədən qeydiyyatdan keçə bilərlər.
Korporativ Sosial Məsuliyyət proqramı “AccessBank”ın missiyasının ayrılmaz hissəsidir. 2008-ci ildən etibarən bank təhsil, idman, mədəniyyət və incəsənət sahəsində 100-dən artıq layihə həyata keçiri