CƏMİYYƏT


Açıq havada ənənəvi yoqa festivalı keçiriləcək

Bakı, 15 iyun, AZƏRTAC

İyunun 24-də YARAT Dənizkənarı Bulvar İdarəsi ilə əməkdaşlıq çərçivəsində açıq səma altında bütün yoqa məktəb və mərkəzlərini yenidən bir araya gətirəcək.

YARAT-dan AZƏRTAC-a bildiriblər ki, festivalda Yoqa Şahi studiyası, “The Art of Living” meditasiya mərkəzi, Yoqa Akademiyası və Xalsa Mərkəzi iştirak edəcək. Tədbirin əsas tərəfdaşlarından biri Hindistanın Azərbaycandakı səfirliyidir.

Dənizkənarı Bulvarda, YARAT Mərkəzinin yaxınlığındakı çəmənlikdə keçiriləcək festival saat 09:00–dan 00:00-dək davam edəcək.

Qeydiyyat iyunun 15, 16, 17-də saat 12:00-dan 22:00-dək, digər günlər isə saat 9:30-dan 18:00-dək aparılacaq.

Yoqa dərsləri ilə yanaşı, qonaqları maraqlı proqram gözləyir. Bu proqramda hind rəqsləri üzrə kollektiv ustad dərsləri, canlı musiqi çıxışları və astroloji seanslar yer alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.