İQTİSADİYYAT
Əcnəbilər Azərbaycanda bank kartları ilə 1,2 milyard manatlıq əməliyyat aparıblar
Bakı, 29 yanvar, AZƏRTAC
Keçən ilin dekabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatlar 2018-ci ilin eyni ayı ilə müqayisədə 11,8 faiz artaraq 93 milyon manat təşkil edib.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadla xəbər verir ki, 2019-cu ildə isə Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri isə 1 milyard 257 milyon manat olub.
Ötən il Azərbaycana 193 ölkədən 3,2 milyon və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [20:09]
Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib
- 26.04.2024 [19:43]
® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb
- 26.04.2024 [19:15]
Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 26.04.2024 [19:05]
Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub
- 26.04.2024 [18:58]
“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq
- 26.04.2024 [18:53]
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 26.04.2024 [17:56]