ELM VƏ TƏHSİL
“Ədəbiyyat” dərsliyi və metodik vəsaitin elmi-metodik monitorinqi ilə bağlı seminar keçirilmişdir
Bakı, 13 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün “Ədəbiyyat” dərsliyinin və metodik vəsaitin elmi-metodik monitorinqi ilə bağlı seminar keçirilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, seminar 5-ci siniflər üçün “Ədəbiyyat” dərsliyi və metodik vəsaitin I bölməsinin müzakirəsinə həsr olunmuşdur.
Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.
Müzakirələrdə Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, şöbənin baş məsləhətçisi Hüseyn Quliyev, dərslik müəllifləri Soltan Hüseynoğlu, Bilal Həsənli və Əminə Səfərova iştirak etmişlər.
İclasda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba regional bölmələrinin müvafiq fənn müəllimləri də internet vasitəsilə fikirlərini bildirmiş, təkliflərini vermişlər.