MƏDƏNİYYƏT


Ədəbiyyat üzrə növbəti Nobel mükafatçısının adı yaxın günlərdə açıqlanacaq

Bakı, 29 sentyabr, AZƏRTAC

Bu il ədəbiyyat üzrə Nobel mükafatının qalibi fransız yazıçı Mişel Uelbek ola bilər.

AZƏRTAC xarici KİV-ə istinadən xəbər verir ki, o, ən yüksək əmsalla bukmekerlərin rəyində birincidir.

İkinci yerdə isə hind əsilli ingilis yazıçısı Salman Rüşdi qərarlaşıb, digər yerləri Amerika yazıçısı Stiven Kinq və keniyalı Nquqi va Thionqo bölüşür.

Xatırladaq ki, bu il ədəbiyyat üzrə Nobel mükafatının qalibi oktyabrın 6-da açıqlanacaq.

Ötən il ədəbiyyat üzrə Nobel mükafatının qalibi tanzaniyalı yazıçı Əbdülrəzzaq Qurna olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.