ELM VƏ TƏHSİL
Ədəbiyyatşünas alim Yaşar Qarayevin 80 illik yubileyi qeyd olunacaq
Bakı, 25 iyul, AZƏRTAC
Bu ilin sentyabrında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin 80 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.
Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Yaşar Qarayev yaxından və uzaqdan” məqalələr və xatirələr toplusunun, alimin “Seçilmiş əsərləri”nin beş cildliyinin təqdimatı olacaq.
“Yaşar Qarayev yaxından və uzaqdan” məqalələr və xatirələr toplusunun redaktoru və “Ön söz”ün müəllifi Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.
Beş cildliyin redaktoru isə professor Şirindil Alışanlıdır.
Hər iki nəşrin tərtibçiləri Ş.Alışanlı və filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlıdır.