Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Adil Əliyev: Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın üzləşdiyi çağırışlara xalqın tarixi cavabı idi

Adil Əliyev: Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın üzləşdiyi çağırışlara xalqın tarixi cavabı idi

Bakı, 4 oktyabr, AZƏRTAC

Müstəqilliyin ilk illərindən Azərbaycan ciddi çağırışlarla üz-üzə qaldı. Bu, bir tərəfdən təcavüzkar Ermənistanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində separatizmi alovlandırması, digər tərəfdən isə SSRİ-nin çökməsindən sonra müstəqil Azərbaycanda dövlətçiliyin formalaşmaması və ümumiyyətlə, işlək dövlət institutlarının olmaması ilə bağlı idi. Eyni zamanda, bu fonda hökm sürən siyasi hərc-mərclik, iqtisadi tənəzzül və hakimiyyətə rəhbərlik edənlərin səriştəsizliyi vəziyyəti daha da çıxılmaz etdi. Azərbaycan bir dövlət kimi mövcudluğunu itirmək təhlükəsi qarşısında idi. Bu həyati əhəmiyyətli, müstəqil dövlətçiliyimiz üçün ölüm-dirim məsələsi olan çağırışlara Azərbaycan xalqının cavabı Heydər Əliyev oldu. Xalq təkidlə Heydər Əliyevi paytaxt Bakıya, Azərbaycanı xilas etməyə dəvət edirdi. “Ömrümün bundan sonra qalan hissəsini də xalqıma bağışlayıram”, - deyən ümummilli lider Heydər Əliyev xalqın səsinə səs verdi, Bakıya qayıtdı və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Daha sonra 1993-cü il oktyabrın 3-də demokratik seçkilərdə xalqın mütləq əksəriyyəti ona səs verərək Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Ulu öndər, ümummilli lider Heydər Əliyev Prezident kimi Azərbaycan dövlətçiliyinin qurtuluşuna və xalqımızın əmin-aman və firavan həyatına aparan yolda öndərlik etməyə başladı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

Onun sözlərinə görə, qarşıda dayanan təhdidləri aradan qaldırmaq və çağırışlara adekvat cavab vermək üçün Ulu Öndər bir çox fərqli istiqamətləri əhatə edən kompleks yanaşma tətbiq etdi. İlk növbədə, ölkədə ictimai asayişin və qayda-qanunun bərpasına yönəlmiş tədbirlər görüldü. Bir neçə dövlət çevrilişi cəhdinin qarşısı alındı. Bir sözlə, ölkədə sabitlik təmin edildi. Amma bir cümlə ilə ifadə etdiyimiz sabitliyin təmin olunması məsələsi ağır zəhmət və çətin mübarizə hesabına başa gəlmişdi. İctimai asayişin və sabitliyin təmin edilməsi ilə yanaşı, Ermənistanın işğalçı siyasətinə qarşı mübarizədə peşəkar ordu quruculuğu və xüsusən də silahlı qüvvələrimizdə vahid komandanlığın yaradılması əsas prioritetlərdən biri idi. Ümummilli Lider bu, son dərəcə mühüm vəzifənin də öhdəsindən gəldi. Ordu quruculuğu sahəsində əldə edilmiş uğurun ilk qığılcımı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məşhur Horadiz əməliyyatı oldu. Nəticədə Ermənistan 1994-cü ildə Azərbaycanla atəşkəs razılaşmasını imzalamağa məcbur oldu.

Milli Məclis sədrinin müavini qeyd edib ki, atəşkəs razılaşması o zaman Azərbaycanın iqtisadi-siyasi və digər baxımlardan nəfəs dərməsi və özünə gəlib toparlanması, beynəlxalq münasibətlər sistemində öz layiqli yerini formalaşdırması üçün olduqca zəruri idi. Atəşkəsdən bir neçə ay sonra 1994-cü il sentyabr ayının 20-də ulu öndər Heydər Əliyevin neft strategiyasının onurğa sütunu hesab olunan "Əsrin müqaviləsi” imzalandı. Səkkiz ölkənin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı. Daha sonra Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi Azərbaycanın iqtisadi müstəqilliyində həlledici rol oynadı. Bu layihələrin o dövrün çətin beynəlxalq şəraitində həyata keçirilməsi ulu öndər Heydər Əliyev dühasının Azərbaycana bəxş etdiyi əvəzsiz töhfələrdir.

“Neft müqavilələrinin imzalanması və həyata keçirilməyə başlanması, o cümlədən yeni transmilli neft və qaz ixrac boru kəmərlərinin inşası Azərbaycan iqtisadiyyatının inkişafının hərəkətverici qüvvəsi kimi çıxış etməklə yanaşı, onun xarici siyasətinin səmərəliliyinin yüksəldilməsində və beynəlxalq münasibətlər sistemində səsi eşidilən və hesablaşılan dövlət kimi mövqeyinin möhkəmlənməsində mühüm rol oynadı. Bu isə Azərbaycanın Ermənistanın işğal siyasəti baxımından Qarabağ münaqişəsində haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq dəstək qazanması üçün uyğun şərait yaratmışdır.

Ulu Öndərin uzaqgörənliyi və müdrik siyasəti 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız böyük Zəfərə aparan yolun təməlini qoymuşdur”, - deyə Adil Əliyev əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar