Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Adil Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması Azərbaycanın Xəzər regionunda sülhə və inkişafa töhfəsi olacaq

Adil Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması Azərbaycanın Xəzər regionunda sülhə və inkişafa töhfəsi olacaq

Bakı, 4 iyul, AZƏRTAC

Xəbər verildiyi ki, iyunun 29-da Aşqabadda Xəzəryanı dövlətlərin VI Zirvə Toplantısında 2018-ci ildə Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasından sonrakı dövrü əhatə edən əməkdaşlıq məsələləri nəzərdən keçirilib və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyev qeyd olunan məsələlər barədə Azərbaycanın mövqeyini və təkliflərini çatdırıb. Eləcə də, Prezident İlham Əliyev Toplantıda iştirak edən Xəzəryanı dövlətlərin başçıları, o cümlədən Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. 2018-ci ildə Aktauda imzalanmış Xəzərin hüquqi statusuna dair Konvensiya Xəzər beşliyi adlandırılan Xəzəryanı dövlətlərin – Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistanın müştərək tarixi nailiyyətidir. Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan artıq həmin konvensiyanı ratifikasiya ediblər. Bütün Xəzəryanı dövlətlərin konvensiyanı ratifikasiya etməsindən sonra o, qüvvəyə minəcək, bununla da qarşılıqlı fəaliyyətin və əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm hüquqi zəmin yaranacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

O bildirib ki, konvensiyanın imzalanması ilə yanaşı, təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlərin bağlanması və qüvvəyə minməsi Xəzəryanı dövlətlər arasında əməkdaşlıq üçün müqavilə-hüquqi bazanı gücləndirir. Bu kontekstdə Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlərin bağlandığı xüsusi vurğulanmalıdır. Çünki zəngin karbohidrogen ehtiyatlarına malik olan Xəzər dənizinin dibinin bölünməsi məsələsinin həssas və mürəkkəb məsələ olduğu sirr deyil. Belə möhkəm müqavilə-hüquqi bazanın yaradılması Xəzəryanı dövlətlər arasında münasibətlərin əhatəli və dayanıqlı olmasını təmin edən amillərdəndir. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olması, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının yaradılması və işlək olması da Xəzəryanı dövlətlər arasında münasibətlərin dayanıqlılığını təmin edən əsas amillərdən biri kimi çıxış edir. Azərbaycanın xüsusi önəm verdiyi dövlətlərin suverenliyi, ərazi bütövlüyü, müstəqilliyinə hörmət və bir-birlərinin daxili işlərinə qarışmama prinsiplərinin Xəzəryanı dövlətlər arasında münasibətlərdə əsas götürülməsi çox mühüm və təqdirəlayiqdir.

“Prezident İlham Əliyev Aşqabad Zirvə Toplantısında çıxışında Xəzərin nəqliyyat və logistika imkanlarının reallaşdırılmasına böyük yer verdi. O, bu sahədə Azərbaycanın rolunu və həyata keçirdiyi işləri zirvə toplantısı iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, Xəzər regionunun Avrasiyanın inkişaf etmiş beynəlxalq nəqliyyat qovşağına çevrilmək potensialı böyükdür. Buna həm onun coğrafi mövqeyi, həm də Xəzəryanı dövlətlər arasında imzalanmış sazişlər və hüquqi sənədlər şərait yaradır. Xəzər regionunun belə bir önəmli beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün tələb olunan lazımi infrastrukturun yaradılması istiqamətində Azərbaycan əhəmiyyətli layihələr həyata keçirir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun inkişafına xidmət edən başlıca layihələrindən biri yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yaradılmasıdır. Eyni zamanda, Ələt azad iqtisadi zonasının yaradılması da Azərbaycanın bu istiqamətdə kompleks və sistemli yanaşmasının göstəricisidir. Qeyd olunan iri infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın Xəzər regionunun nəqliyyat-logistika mərkəzinə çevrilməsi, davamlı sülh və tərəqqiyə nail olunması işinə ciddi töhfəsidir. Prezident İlham Əliyev Zirvə Toplantısında bildirdi ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Zəngəzur dəhlizinin reallaşdırılması Xəzər regionunda sülhün və inkişafın təmin edilməsinə Azərbaycanın daha bir töhfəsi olacaq”, - deyə Adil Əliyev qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO