ELM VƏ TƏHSİL
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən test imtahanının nəticələri sabah elan olunacaq
Bakı, 11 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib. İmtahanın nəticələri I və IV ixtisas qrupları üzrə mayın 12-də keçiriləcək qəbul imtahanı ilə əlaqədar yaradılmış qapalı iş rejiminə görə sabah saat 15:00-dan sonra elan olunacaq.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. İmtahanda nаmizədlərə 100 suаldаn ibаrət kitаbçа təqdim оlunub. 80 suаl namizədin qanunvericilik sahəsi üzrə, 20 suаl isə məntiqi nəticə çıxarma qabiliyyətini yoxlamaq üçündür.
Namizədlərin normal şəraitdə imtahan vermələri üçün bütün zəruri tədbirlər görülüb və imtahan təlimatda nəzərdə tutulmuş qaydada keçirilib.