İDMAN


Aerobika gimnastikası üzrə Avropa çempionatı: gənclərdən ibarət komandamız finala vəsiqə qazanıb

Bakı, 24 may, AZƏRTAC

Azərbaycanın gənclərdən ibarət komandası Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatının aerodans proqramında uğurla çıxış edərək finala vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova, Eleonora Yusifovadan ibarət komanda 15,300 xal toplayıb.

Xatırladaq ki, bu gün start götürən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast mübarizə aparır. Gimnastlar fərdi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) proqramında yarışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.